...

13 saylı cəzaçəkmə müəssisəsindəki kütləvi iğtişaşla əlaqədar məhkəmə prosesi yekunlaşıb

Cəmiyyət Materials 14 Dekabr 2005 15:26 (UTC +04:00)

Dekabrın 14-də cari ilin fevral ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) tabeliyində olan 13 saylı cəzaçəkmə müəssisəsində baş vermiş kütləvi iğtişaşla əlaqədar məhkəmə prosesi başa çatıb. Bu barədə Trend ə həmin məhkəmə iclasına sədrlik edən hakim Azər Orucov məlumat verib.

Məhkənin yekun iclası MQİBİ-nin Bayıldakı 1 saylı İstintaq Təcridxanasında keçirilib. Hakimin sözəlrinə görə, buna səbəb dekabrın 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısının məhkumlara cəza tələb etməsindən sonra onların məhkəmə zalında özlərinə ülgüclə xəsarətlər yetirmələri olub. Belə ki, məhkumlar gizli yolla özləri ilə məhkəmə zalına keçirdikləri ülgüclərlə öz bədənlərinə müxtəlif kəsilmiş xəsarətlər yetiriblər. Bu hadisədən sonra MQİBİ rəhbərliyi məhkəmə iclasının həmin məhkumların saxlandıqları istintaq təcridxanasında başa çatdırılması ilə bağlı qərar qəbul edib.

Məhkəmənin hökmü ilə Qalib Həmzəyev 9, Rauf Məmmədov 12, Rəfail Hacıyev 8, Namiq Cəfərov 10, Şahid Həsənov 9, Elnur Nuriyev 8 il 6 ay, Qədir Bəşirov 9, Elzar Səlifov 8 il 6 ay, Yaşar Salamov 8, Ramin Tağıyev 9, Elməddin Hüseynov 9, Ceyhun İsmayılov 8, İlqar Hüseynov isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkumların ailə üzvləri isə məhkəmənin hökmünü sifarişli və ədalətsiz adlandırıblar və hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti