...

Bu gün Korrupsiyaya qarşı BMT Konvensiyası qüvvəyə minəcək

Cəmiyyət Materials 14 Dekabr 2005 15:45 (UTC +04:00)

Azərbaycanın da imzaladığı Korrupsiyaya qarşı BMT Konvensiyası bu gün qüvvəyə minəcək. Trend bildirir ki, "Şəffaflıq Azərbaycan" İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva dekabrın 14-də keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib. Onun sözlərinə görə, konvensiyanı imzalayan dövlətlər öz qanunvericiliyini bu sənəddə olan müddəalara uyğunlaşdırmalıdır.

O, bildirib ki, bu müddəalar məmurlar tərəfindən oğurlanmış dövlət vəsaitlərinin qaytarılması, çirkli pulların yuyulmasının qarşısının alınması və xarici dövlətlərin məmurlarının rüşvətlə ələ alınmasını özündə əks etdirir.

R.Səfərəliyeva əlavə edib ki, bu sənədin imzalanması mənfi təzahürlərin birgə səylərlə aradan qaldırılması üçün beynəlxalq birliyin qətiyyətini nümayiş etdirir.

Qeyd edək ki, sözügedən konvensiya 2003-cü il dekabrın 9-da böyük dövlətlər tərəfindən imzalanmaq üçün açılıb və bu günədək sənədi 134 ölkə imzalamışdır. Həmin gün BMT tərəfindən Korrupsiyaya qarşı mübarizə günü elan olunub. Azərbaycan bu sənədi keçən il fevralın 27-də imzalayıb.

Xəbər lenti

Xəbər lenti