...

UNICEF QİÇS ilə mübarizə aksiyası keçirəcək

Cəmiyyət Materials 14 Dekabr 2005 18:45 (UTC +04:00)

Dekabrın 17-də BMT Uşaq fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyi AR Gənclər, İdman və Turizm nazirliyi, "İnkişaf naminə təşəbbüs" QHT ilə birgə QİÇS ilə beynəlxalq mübarizə həftəsinə həsr olunmuş "Uşaqlar naminə birləşək. QİÇS-ə qarşı birləşək" konsert-aksiya keçirəcək. Bu barədə Trend ə UNICEF-in Bakı ofisində bildirilib.

Aksiyada Azərbaycan estradasının bir çox ulduzları iştirak edəcək. Konsert telekanallardan birində Azərbaycanda QİÇS probleminə həsr olunmuş verilişlə birgə birbaşa yayımlanacaq.

UNICEF- in məlumatına görə, İİV infeksiyası ilə bağlı olan xəstəlikdən dünyada hər dəqiqə bir uşaq ölür və İİV infeksiyalı uşaqların yalnız 5%-i zəruri tibbi yardımı ala bilir. 15 milyon uşağın valideynlərindən minimum biri QİÇS-dən ölüb. Amma belə kimsəsiz uşaqların yalnız onda biri cəmiyyətdən dəstək ala bilir.

Xəbər lenti

Xəbər lenti