...

Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə kütləvi iğtişaşlar törətməkdə təqsirləndirilən 13 məhkumun işi üzrə məhkəmə yekunlaşıb

Cəmiyyət Materials 14 Dekabr 2005 18:52 (UTC +04:00)

Ağır cinayətlərə dair işlər üzrə məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə kütləvi iğtişaşlar törətməkdə, hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərməkdə və müəssisənin normal fəaliyyətini pozmaqda təqsirləndirilən 13 məhkumun işi üzrə məhkəmə yekunlaşıb. Məhkəmədən Trend ə bildirilib ki, həmin məhkumların ötən prosesdə küt alətlərlə özlərinə xəsarət yetirdikləri üçün hökm Bayıl 1 saylı istintaq təcridxanasında oxunub.

Məhkəmənin hökmü ilə hər birinə cəzasını ciddi rejimli müəssisədə keçirməklə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. Məhkumların əvvəlki cəzalarının çəkilməmiş hissəsi də hökmdə öz əksini tapıb. Qeyd edək ki, Rauf Məmmədov- 12 il, Namiq Cəfərov -10, Qalıf Hənəfiyev, Elməddin Hüseynov, Ramin Tağıyev, Həzənpur Şahid, Qədir Bəkirov, İlqar Hüseynov - 9 il, İmzar Səlifov, Elnur Nuriyev - 8,6 il, Rafael Hacıyev, Ceyhun İsmayılov, Yaşar Salmanov - 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti