...

Budapeşt məhkəməsində Azərbaycan zabiti Ramil Səfərovun məhkəməsi başlanır

Cəmiyyət Materials 15 Dekabr 2005 11:11 (UTC +04:00)

Dekabrın 15-də Budapeşt şəhər məhkəməsində Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun məhkəmə prosesi davam etdiriləcək. Trend in məlumatına görə, məhkəmə iclası Macarıstan vaxtı ilə saat 15.00-da başlanacaq. Məhkəmədə Azərbaycan tərəfdən R.Səfərovun vəkili Adil İsmayılov, həmçinin Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları da iştirak edəcək. Ramil Səfərovun ailə üzvlərindən isə heç kim Budapeştə getməyib.

Bugünkü məhkəmə prosesində R.Səfərovun sonuncu dəfə keçdiyi ekspertizanın nəticələri müzakirəyə çıxarılacaq. Məhkəmə heyəti vəkillərin ekspertiza ilə bağlı rəylərini dinləyəcək və bunu qiymətləndirəcək.

Qeyd edək ki, NATO proqramları çərçivəsində Budapeştdə təlim keçmiş Ramil Səfərov kurs yoldaşı, erməni zabiti Qurgen Markaryanın qətlə yetirilməsində təqsirləndirilir.

Xəbər lenti

Xəbər lenti