...

YUNİSEF-in "2006-cı ildə dünya uşaqlarının durumu" illik hesabatı açıqlanıb

Cəmiyyət Materials 15 Dekabr 2005 12:03 (UTC +04:00)

BMT Uşaq Fondu - YUNİSEF-in "2006-cı ildə dünya uşaqlarının durumu: Təcrid olunmuş və diqqətdən kənarda qalmış uşaqlar" illik hesabatı açıqlanıb. YUNİSEF-in Azərbaycandakı nümayəndəliyində Trend ə bildirilib ki, YUNİSEF-in hesabatı dünyanın ən müdafiəsiz uşaqları - təhlükəsiz və sağlam uşaqlıq haqlarının qorunması xüsusilə çətin olan uşaqlar haqqında geniş bilgiləri əhatə edir.

Sənəddə qeyd olunur ki, bu gün təxminən 8,4 milyon uşaq borclarını qaytarmaq üçün kölə şəraitində istismar olunaraq uşaq əməyinin ən pis formaları olan fahişəlik və borc bağlılığı kimi fəaliyyətlərlə məşğul olurlar. Təqribən iki milyon uşaq insan ticarətində istifadə edilir ki, burada onlar daima cinsi və fiziki zorakılığa məruz qalırlar.

Hesabatda həmçinin bildirilir ki, "həssas ölkələrdə" - yəni uşaqları əsas xidmətlərlə təmin etmək imkanına və yaxud arzusuna malik olmayan ölkələrdə uşaqlar tamamilə diqqətdən kənarda qalırlar.Qiymətləndirməyə əsasən, bütün dünyada təxminən 150 milyon uşağın imkanları məhdudlaşdırılıb.

YUNİSEF-in "2006-cı ildə dünya uşaqlarının durumu" illik hesabatında bildirilir ki, dünya ölkələrinin hökumətləri hazırkı inkişaf təşəbbüslərindən daha da irəli gedərək əmin olmalıdır ki, arxada heç bir müdafiəsiz uşaq qalmayıb. Sənəddə qeyd olunur ki, hökumətlər bu uşaqlara yardım edilməsində əsas məsuliyyət daşıyır və öz fəaliyyətlərini bir çox istiqamətlərdə genişləndirməlidir, bunlar - araşdırma, monitorinq və hesabat, qanunvericilik, maliyyələşdirmə və güc formalaşdırılma, proqramlardan ibarətdir.

YUNİSEF-in hesabatında Azərbaycandakı uşaqların durumu öz əksini tapmayıb. YUNİSEF-in Bakı ofisində bu, son dəfə Azərbaycan üzrə hesabatın 2001-ci ildə hazırlanması ilə izah edilib. Ofisdə bildirilib ki, belə bir hesabat 2006-cı ildə hazırlanacaq.

Xəbər lenti

Xəbər lenti