...

Azərbaycanın təhsil Nazirliyi prioritet istiqamətlərdə 15 proqram gerçəkləşdirir

Cəmiyyət Materials 15 Dekabr 2005 12:30 (UTC +04:00)

Azərbaycanın təhsil Nazirliyi təhsilin müxtəlif prioritet istiqamətlərində 15-dən çox dövlət proqramı gerçəkləşdirəcək. Bu barədə Trend ə AR təhsil nazirliyində bildirilib.

Bunların arasında 2006-2010-cu illər üçün nəzərdə tutulmuş "Məktəbəqədər təhsilin müasirləşdirilməsi Dövlət proqramı" da vardır.Bu proqram çərçivəsində Asiya İnkişaf Bankı (AİB) ilə pilot layihəsi hazırlanıb. Eyni zamanda ölkənin ucqar rayonlarında pedaqoji kadrların çatışmaması ilə bağlı olaraq "2005-2009-cu illərdə pedaqoji kadrların təmin edilməsi Dövlət proqramı" da hazırlanıb və təsdiq edilib. Nazirlik həmçinin "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üzrə Dövlət proqramı"nı gerçəkləşdirir.

Növbəti proqramlar "Yeni məktəblərin tikintisi", "Yeni dərsliklərin hazırlanması Proqramı", "2005-2007-ci illərdə məktəblərin kompyuterləşdirilməsi"dir. Dünya Bankının kredit sazişi çərçivəsində 2003-2007-ci illərdə təhsil sektorunun inkişafı pilot layihəsi həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti