...

İşgəncələrlə bağlı hesabat hazırlanır

Cəmiyyət Materials 15 Dekabr 2005 12:55 (UTC +04:00)

Azərbaycanın işgəncələr əleyhinə komitəsi tərəfindən 2005-ci il üçün işgəncələrlə bağlı hesabat hazırlanır. Hesabata komitəyə olunan müraciətlər əsasında 80-ə yaxın işgəncə faktı barədə məlumat daxil edilib, həmçinin komitənin cəzaçəkmə müəssisələrində Daxili işlər nazirliyinin tabeçiliyində olan müvəqqəti saxlanma təcridxanalarında, hərbi qauptvaxtlarda, Səhiyyə nazirliyinin tabeçiliyində olan qapalı tipli məcburi müalicə müəssisələrində keçirdiyi monitorinqin nəticələri hesabata daxil edilib. İl ərzində işgəncəyə məruz qalanlar arasında qadınlar və uşaqlar da vardır.

Əvvəlki illərdən fərqli olaraq bu ilki hesabatda polis orqanlarında ölüm faktları olmadığı üçün daxil edilməyib. Qeydə alınan əsas işgəncə üsulları isə bədənə elektrik cərəyanı keçirmək, ayağın altından vurmaq, dırnaqların çıxarılmasıdır. İşgəncə faktları əsasən polis orqanlarında qeydə alınıb. Sayca beşinci olan hesabat BMT-yə, Avropa Şurasına, ATƏT-ə, İşgəncələrə qarşı ümumdünya təşkilatına və Azərbaycan hökumətinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti