...

Ural Akbulud: Azərbaycan və Türkiyə diplomlarının qarşılıqlı tanınması məsələsi həll olunmalıdır

Cəmiyyət Materials 15 Dekabr 2005 13:56 (UTC +04:00)

Yaxın gələcəkdə Azərbaycan və Türkiyənin ali məktəblərinin diplomlarının qarşılıqlı tanınması məsələsi həll olunmalıdır. Trend in məlumatına görə, bu barədə dekabrın 15-də Yaxin Şərq Texniki Universitetinin rektoru, professoru Ural Akbulud Bakıdakı mətbuat konfransında bəyan edib.

"Diplomların tanınması hər iki ölkənin Təhsil Nazirliklərinin yurisdiksiyasındadır. Lakin sən düşünürəm ki, artıq bu məsələ ilə bağlı ciddi problem olmayacaq", -deyə U. Akbulud bildirib və bu gün Türkiyənin ali məktəblərində 1700-ə yaxın azərbaycanlı tələbənin təhsil aldığını qeyd edib. Eyni zamanda, rektor bildirib ki, hər il Türkiyənin Təhsil Nazirliyi 150 azərbaycanlı tələbəni təhsil almaq üçün bu ölkəyə dəvət edir və onlardan 80 nəfəri dövlət təqaüdünün hesabına təhsil alır.

Türkiyənin ali təhsil müəssisələrinin doktorluq dərəcələrinin Azərbaycanda tanınmaması probleminə toxunan U. Akbulud qeyd edib ki, bu, "sözsüz ki, Türkiyənin Təhğsil Nazirliyi qarşısında qaldırılan ciddi problemdir". "Mənə elə gəlir ki, bu anlaşılmazlıqdır. Çünki Azərbaycan Boloniya konvensiyasına imza atıb. Həmin konvensiya 44 Avropa dövlətinin təhsil nazirlərinin vahid təhsil sahəsi yaratmalıdırlar", deyə Yaxin Şərq Texniki Universitetinin rektoru bildirib və xatırladıb ki, bu sənəd 1999-cu ildə imzalanıb və Türkiyə də onun iştirakçılarından biridir.

Eyni zamanda, U. Akbuludun sözlərinə görə, Azərbaycan və Türkiyənin də imzaladıqları Lissabon razılaşmasının iştirakçıları ali məktəblərin diplomlarını tanımaqda borcludurlar. "Əgər ciddi səbəb yoxdursa, diplom tanınmalıdır", -deyə Akbulud qeyd edib və Azərbaycanın doktorlun diplomlarının Türkiyədə 5 professordan ibarət kollegiya vasitəsilə tanınır və bu məsələdə hər hzansı bir problem yaranmır.

Xəbər lenti

Xəbər lenti