...

Türkiyə ali məktəblərinin rektorları Azərbaycan gənclərini Türkiyədə təhsil almağa dəvət edir

Cəmiyyət Materials 15 Dekabr 2005 14:32 (UTC +04:00)

Türkiyə universitetlərinin Bakıda üçgünlük ənənəvi sərgisində türkiyənin aparıcı ali təhsil müəssisələrinin 45 professoru iştirak edir. Trend bildirir ki, dekabrın 15-də keçirilən mətbuat konfransında Ankara Universitetinin rektoru Nüsrət Aras, "Uludağ" universitetinin rektoru Mustafa Yurdquran və Ortadoğu Texniki universitetinin rektoru Ural Akbulut bəyan edib.

"Biz ölkəmizin mədəniyyəti və ənənələri ilə tanış olmaq üçün qonşu ölkələrdən daha çox tələbəni Türkiyənin ali təhsil məktəblərində təhsilə cəlb etməyə çalışırıq. Bu, Türkiyə ilə qonşu ölkələr arasında qarşılıqlı münasibətlərin inkişafına imkan verir"-deyə rektorlar qeyd edib.

Ortadoğu Texniki Universitetinin rektorunun sözlərinə görə, Türkiyədə Amerika təhsil sisteminin 30 illik təcrübəsi vardır və ölkə həmin sahədə Avropanın aparıcı ölkələrindən biridir. "Avropanın bir çox ölkələri Türkiyədə tətbiq edilmiş üçdərəcəli ali təhsil sisteminə hələ indi keçir"-deyə Nəzih Güvən qeyd edib və bildirib ki, Avropa Birliyi 2005-ci ildə təhsil sahəsinə büdcə xərclərini 14 milyard avrodan 2006-cı ildə 70 milyardadək artırıb.

Sonda qeyd olunub ki, belə sərgilər Türkiyə ilə Azərbaycan arasında informasiya mübadiləsi sahəsində mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti