...

Pirəli Orucovun məhkəməsinə hazırlıq iclası dekabrın 27-də keçiriləcək

Cəmiyyət Materials 15 Dekabr 2005 16:17 (UTC +04:00)

Dekabrın 27-də Bakı şəhəri, Yasamal rayon Məhkəməsində hakim İsa İsmayılovun sədrliyi ilə "Yeni Müsavat" Partiyasının fəalı Pirəli Orucovun və onunla birgə təqsirləndirilən Əli Nehmətovun məhkəməsinə hazırlıq iclası keçiriləcək. Bu barədə Trend ə Pirəli Orucovun vəkili İsaxan Aşurov məlumat verib.

Hər iki şəxsin cinayət işi üzrə ibtidai istintaq Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi tərəfindən aparılıb.

Qeyd edək ki, Pirəli Orucov 11 iyul 2005-ci il tarixdə Azərbaycan Respulikası Apellyasiya Məhkəməsinin hakimi Bəhram Şükürova və Azad Azərbaycan Televiziyasının prezidenti Tağı İbrahimova qarşı terrora hazırlıq görməkdə təqsirləndirilərək həbs edilib. Birn eç güın sonra isə eyni əməllərə görə Əli Nəhmətov da saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti