...

Azərbaycanın güləş Federasiyası FILA-ya müraciət hazırlayır

Cəmiyyət Materials 15 Dekabr 2005 17:22 (UTC +04:00)

Azərbaycan Beynəlxalq güləş Federasiyasına (FILA) yunan-Roma güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı, orqanizmində qadağan olunmuş preparatın izləri tapılmış Hüsaməddin Rəcəbova qarşı cəzanın yumşaldılması ilə bağlı olaraq müraciət hazırlayır.

Milli Federasiyanın vitse-prezidenti Cavanşir Qurbanov Trend ə bəyan edib ki, ola bilsin FILA bir il müddətinə güləşçini beynəlxalq yarışlardan uzaqlaşdırsın. Amma Hüsaməddin üçün bu müddətin "azaldıla" biləcəyi istisna edilmir. O, ilk dəfə dopinqə düşüb, müsbət test travmadan sonra təcili sağalmağa kömək edən preparatların qəbul edilməsinin nəticəsi olub. Buna görə də C.Qurbanov hesab edir ki, müəyyən hallarda H.Rəcəbov yarım il müddətinə böyük yarışlardan uzaqda qala bilər. "Biz ümid edirik ki, yüksək vəzifəli məmurlar işin hər bir yumşaq halını nəzərə alacaqlar" -deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti