...

Natalya Məmmədova: "Biz yaxşı oyun nümayiş etdirmədik"

Cəmiyyət Materials 16 Dekabr 2005 11:52 (UTC +04:00)

"Biz yaxşı oyun nümayiş etdirmədik, lakin nəticə əldə etdik, bu isə ən başlıcasıdır". Bu barədə Trend ə "AzərReyl" komandasının aparıcxı voleybolçusu Natalya Məmmədova Çempionlar Liqasının növbəti turunda Polşanın "Kalisiya" komandasına 3:2 hesabı ilə qalib gəldikdən sonra bəyan edib.

Oyunçu qeyd edib ki, qonaqlar kifayət qədər güclü oynadılar, lakin dəmiryolçular öz səhvləri ucbatından çoxlu sayda xal itirdilər. "Biz tez-tez səhvlər edirik, lakin lazımi anda biz özümüzu ələ ala bilir və görüşü qələbəyə qədər çatdırmağı bacarırıq", - deyə N.Məmmədova bildirib. Bu zaman o etiraf nedib ki, zəruri nəticənin əldə olunmasında, xüsusilə beşinci partiyanın tay-brekində bəxti gətirmənin böyük rolu olub.

N.Məmmədova qeyd edib ki, "AzərReyl" öz uğuru sayəsində Liqanın dörddəbir finalına doğru yolda daha bir addım atıb.

Xəbər lenti

Xəbər lenti