...

Ramil Səfərovun işi üzrə Budapeşt məhkəməsinin növbəti iclası martın 7-də keçiriləcək

Cəmiyyət Materials 16 Dekabr 2005 14:07 (UTC +04:00)

Erməni hərbi qulluqçu Qurgen Markaryanın qətlində təqsirləndirilən azərbaycanlı zabit Ramil Səfərovun işi üzrə Budapeşt məhkəməsinin 6-cı iclası 2006-cı il martın 7-də keçiriləcək. Trend ə bu barədə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Məhkəmənin 5-ci iclasında hüquqşünaslar Peter Zalai, Dyerd Madyar və vəkil-konsultant Adil İsmayılov R.Səfərovun müdafiəsini dəstəkləyiblər. Məhkəmədə bu günə kimi iş üzrə 3 ekspertiza aparmış 6 ekspert iştirak edib. Məhkəmə üçüncü tibbi ekspertizanın nəticələrini dinləyib. Daha sonra ekspertlər sədrlik edənin, ittihamçının və R.Səfərovun vəkillərinin suallarına cavab veriblər. Ekspertlər hakim tərəfindən dindirilsə də, onlar ümumi fikrə gələ bilmədiyindən o, daha bir ekspertizanın aparılması barədə qərar qəbul edib.

Məhkəmə iclasında Azərbaycanın Macarıstandakı səfirliyinin əməkdaşları, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti