...

Avropanın cudo Birliyi Nicat Şıxəlizadənin taleyini həll edir

Cəmiyyət Materials 16 Dekabr 2005 14:24 (UTC +04:00)

Avropanın cudo Birliyi (EJU)gənclər arasında Avropa birinciliyinin qalibi Nicat Şıxəlizadənin taleyini həll edir. Zaqrebdə yarışdan sonra dopinq testi müsbət nəticə verib.

Azərbaycan yığmasının baş məşqçisi Ağayar Axundzadə Trend ə bildirib ki, idmançıdan noyabrda Moskvada laboratoriyada götürülmüş təkrar test onun orqanizmində qadağan edilmiş preparatın olduğunu aşkar etməyib. "Atlet təmizdir, amma son sözü mütləq EJU deyəcək. Bəlkə təşkilat ilk testin nəticələrinə əsaslanaraq hətta idmançıya sanksiya tətbiq edə bilər" -deyə A.Axundzadə qeyd edib.

Eyni zamanda məşqçi hesab edir ki, hətta EJU N.Şıxəlizadəni cəzalandırsa belə, cərimə müddəti az olacaq. Xüsusən Avropa birinciliyi ərəfəsində o, Misirdə bürünc medal qazandığı dünya çempionatında testi uğurla verib.

Xəbər lenti

Xəbər lenti