...

Azərbaycanla YUNESKO arasında təhsil sahəsində əməkdaşlıq üzrə işçi qrupun iki illik fəaliyyət planı hazırlanacaq

Cəmiyyət Materials 16 Dekabr 2005 16:26 (UTC +04:00)

Belə qərar işçi qrupunun Bakıda keçirilən ilk iclasının gedişində qərara alınıb. Bu barədə Trend ə Təhsil Nazirliyindən məlumat verilib.

Bakıda keçirilən iclasda iştirak etmək üçün YUNESKO-nun Təhsil siyasəti və strategiya departamentinin direktoru Mirəsgər Hüseynovun rəhbərlik etdiyi mötəbər ekspertlərin nümayəndə heyəti gəlib. YUNESKO ekspertləri Azərbaycanın təhsil sistemində islahatların aparılması sahəsində əməkdaşlığını perspektivləri ilə bağlı Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparırlar. İşçi qrup belə məsləhətləşmələrin ildə iki dəfə aparılması barədə razılığa gəliblər.

Nazirlikdən bildirilib ki, YUNESKO Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsinə texniki yardım göstərməyə hazır olduğunu ifadə edib.

YUNESKO-nun yardımı Azərbaycan üçün prioritet olan aşağıdakı təhsil istiqamətlərini əhatə edir: təhsilin idarə olunması sisteminin təkmilləşdirilməsi; bütün səviyyələrdə Tədris proqramlarının yeniləşdirilməsi; müəllimlərin yenidən hazırlanması və təkmilləşdirilməsi; texniki peşə təhsilinin modernləşdirilməsi və təhsil sisteminə İKT-nın tətbiqi.

Xatırladaq ki, iclas bu ilin avqustunda Azərbaycanla YUNESKO arasında imzalanmış Memorandum çərçivəsində keçirilir. Dekabrın 17-dək davam edəcək səfərin gedişində YUNESKO ekspertləri Azərbaycanın bu sahədə məsul olan rəsmi nümayəndələri ilə bir sıra keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti