...

Dzyudo üzrə Avropa Birliyi Bakıda "A" kateqoriyalı turnirin keçirilməsini təsdiqləyib

Cəmiyyət Materials 17 Dekabr 2005 11:23 (UTC +04:00)

DzyudoAvropa Birliyi (EJU) gələn il Bakıda keçiriləcək "A" kateqoriyalı turnirin vaxtını təsdiqləyib.

Ölkə yığmasının baş məşqçisi Ağayar Axundzadənin Trend ə verdiyi məlumata görə, cədvələ görə, qitənin bütün güclü atletləri avqustun sonlarında Bakıya gələcək və tatami üzərinə ayın 26-27-də çıxacaqlar. "Belə yarışın Bakıda təşkili 2007-ci ildə keçiriləcək lisenziyalaşrılmış turnirin baş məşqi olacaq. Həm də bu dövrdə uğurlu çıxışlarına görə dzyudoçulara reytinq xalları əlavə ediləcək", - deyə baş məşqçi bildirib.

Qeyd etmək lazımdır ki, hələ ötən mövsümdə bu yarış "B" kateqoriyası statusuna malik idi. Lakin Milli Federasiyanın rəhbərliyinə turnirin dərəcəsini artırmaq nəsib oldu.

Xəbər lenti

Xəbər lenti