...

İlk dəfə olaraq Moskvada bakılı pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş beynəlxalq "Caz-muğam" festivalı keçirilir

Cəmiyyət Materials 17 Dekabr 2005 13:09 (UTC +04:00)

Bu gün ilk dəfə olaraq Moskvada "Mir" kino-konsert salonunda beynəlxalq "Caz-muğam" festivalı keçirilir. Trend bildirir ki, festival görkəmli pianoçu Vaqif Mustafazadənin xatirəsinə həsr olunub.

İdeyanın müəllifi və layihənin baş prodyuseri Eduard Cəfərov bildirib ki, bu il virtuoz musiqiçinin 65 yaşı tama olur. Cəfərovun fikrincə, "Vaqif dahi caz pianoçusu olmaqla yanaşı, həm də son dərəcə nəzakətli və qonaqpərvər insan idi".

Müxtəlif ölkə tənqidçiləri onu belə qiymətləndirir: " Vaqif Mustafazadənin sənəti dinləyicilərə ecazkar təsir göstərirdi". O, keçmiş Sovet İttifaqında əməkdar artist adına layiq görülən ilk cazmen idi. Vaqif "Qafqaz" caz triosu, "Leyli", "Sevil" VİA və "Muğam" kimi ansambllar yaratmışdı. Musiqiçi SSRİ-nin müxtəlif şəhərlərində keçirilmiş festivalların laureatı idi. 60-70-ci illərdə "Melodiya" səsyazma firmasında Vaqifin altı albomu çıxmışdı. Vaqif Mustafazadənin ölümündən bir az əvvəl onun "Əzizənin intizarında" pyesi Monakoda keçirilən Ümumdünya caz musiqisi müsabiqəsində birinci yerə layiq görülüb.

İTAR-TASS bildirir ki, festivalın iştirakçıları arasında müğənni Larisa Dolina, pianoçular Anatoli Kroll və Salman Qəmbərov, saksofonçu Anatoli Gerasimov, gitaraçı Teymur Kvitelaşvili /Gürcüstan/, Viktor Livşiçin JIL orkestri, "Çe Qevara" qrupu /Ukrayna/ və digər istedadlı artistlər vardır..

Xəbər lenti

Xəbər lenti