...

Ombudsman YUNESKO-nun nümayəndələrini qəbul edib

Cəmiyyət Materials 17 Dekabr 2005 13:50 (UTC +04:00)

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan YUNESKO-nun təhsil siyasəti və strategiyası bölməsinin direktoru Mirəsgər Hüseyni və təhsil üzrə mütəxəssis Dendev Badarçı qəbul edib. Trend xəbər verir ki, ombudsman qonaqlara rəhbərlik etdiyi təsisat tərəfindən insan hüquq və azadlıqlarının, o cümlədən təhsil və mədəniyyət hüquqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə məlumat verib.

Ombudsman müasir cəmiyyətdə davamlı inkişafın təmin edilməsinin zəruriliyini vurğulamış və bu sahədə irəliləyişin təhsilin inkişafı ilə sıx bağlı olduğunu söyləyib.

M.Hüseyn YUNESKO ilə Azərbaycan hökuməti arasında bu ilin avqustunda təhsil inkişafı üzrə bağlanmış memorandumun icrası ilə əlaqədar yaradılan işçi qrupunun bu günlərdə ölkəmizdə ilk iclasının keçirildiyini bildirib.

E.Süleymanova YUNESKO-nun dəstəyi ilə təhsil, mədəniyyət hüquqları ilə bağlı sənədlərin Azərbaycan dilinə tərcümə edilməsi, bu beynəlxalq qurumla birgə konfransın təşkil olunması, təhsil hüquqlarının təmin edilməsi sahəsində bütün institutların öz səylərini birləşdirməsi, müasir texnologiyalara cəlb olunması və digər təkliflərlə çıxış edib.

Xəbər lenti

Xəbər lenti