...

Azərbaycanın təhsil nazirliyində 2006-2010-cu illərdə MDB ölkələri ilə təhsil sahəsində əməkdaşlıq proqramı layihəsinə baxılır

Cəmiyyət Materials 19 Dekabr 2005 15:41 (UTC +04:00)

Azərbaycanın təhsil nazirliyində MDB üzvü dövlətləri ilə təhsil sahəsində Dövlətlərarası əməkdaşlıq proqramı layihəsinə baxılır. Bu barədə Trend ə Azərbaycanın təhsil nazirliyində bildirilib.

Layihə MDB İcra komitəsinin ekspertləri tərəfindən hazırlanıb və baxılmaq üçün Birlik üzvü dövlətlərinin hökumətlərinə təqdim edilib. Sənəd təhsil sisteminin təkmilləşdirilməsində, kadrların ixtisas artırılması və yenidən hazırlığı sahəsində, ali məktəb diplomlarının tanınmasında və s. qarşılıqlı təsirin əlaqələndirilməsini nəzərdə tutur.

Nazirlikdə bildirilib ki, Azərbaycan tərəfi MDB üzvü dövlətlərinin təhsil Şurasının növbəti iclasınadək - gələn ilin fevralınadək bu sənədə baxmalı və müvafiq qərar qəbul etməlidir.

Xəbər lenti

Xəbər lenti