...

Ağasəlim Mircavadov: "Neftçi"nin rəqiblərinə çatmaq üçün imkanı olacaq

Cəmiyyət Materials 19 Dekabr 2005 16:55 (UTC +04:00)

"Rəqiblərimizə çatmaq üçün bizim hələ imkanımız olacaq". "Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov yetirmələrinin dörüncü yeri tutduğu ölkə çempionatının birinci dövrəsinin yekunlarına əsasən Trend ə belə bəyan edib.

Məşqçi vurğulayıb ki, milli birinciliyin ilk yarısında komanda planlaşdırılmamış xalları itirib ki, bu da bakılılara turnir cədvəlində daha yüksək yer tutmağa mane olub. "Təəssüf ki, qol məqamlarının həyata keçirilməsi problemi üzərində çox işləmək lazımdır" -deyə A.Mircavadov öz qənaətini bildirib.

Eyni zamanda o, komandanın on üçüncü turda səfərdə "Xəzər"ə 1:0 hesablı qələbəsindən sonra qış fasiləsinə yüksək əhval-ruhiyyədə getməsi ilə bağlı məmnunluğunu bildirib.

Xəbər lenti

Xəbər lenti