...

Bütün Gürcüstanın katalikos patriarxı II İlya Qaxdakı kilsənin gürcü dindarlarına verilməsini xahiş edib

Cəmiyyət Materials 20 Dekabr 2005 14:22 (UTC +04:00)

Bütün Gürcüstanın katalikos patriarxı II İlya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri şeyxülislam Allahşükür Paşazadəyə müraciət edərək ondan Qax rayonu ərazisində yerləşən kilsənin gürcü dindarlarına verilməsini xahiş edib. Trend in məlumatına görə, bütün gürcülərin dini lideri belə bir xahişlə dekabrın 20-də Allahşükür Paşazadənin şeyxülislam rütbəsində fəaliyyətinin 25 illiyi müunasibətilə keçirilən təntənələrdə çıxış edib.

Kilsə XIX əsrə aiddir və gürcülərin kompakt yaşadıqları Azərbaycanın Qax rayonun ərazisində yerləşir. Yaxın zamanlarda onun bərpası başa çatacaq. Qeyd edək ki,Qax rayonunda daha bir Müqəddəs Georgi kilsəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti