Yaxın 2-3 ildə Azərbaycanın və bütün dünyanın müsəlmanlarına bütün müsəlmanlar üçün müqəddəs olan Kərbəlaya ziyarət etmək imkanı veriləcək. Bu barədə Trend ə İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl məlumat verib.
Onun sözlərinə görə, hökumət ölkədə sabitliyin və xarici vətəndaşların İraqa sərbəst gəlişi üçün təhlükəsizliyin müəyyən olunması üçün əlindən gələni edir.
Xatırladaq ki, Kərbəla şəhərində Məhəmməd peyğəmbərin nəvəsi, şiə müsəlmanların ehtiram etdiyi imam Hüseynin məqbərəsi yerləşir. İmamın məzarını ziyarət edən zəvvarlar "kərbəlayi" fəxri titulunu qazanırlar.