...

Azərbaycanın ot üzərində xokkey üzrə qadın yığması CAR-na gedəcək

Cəmiyyət Materials 20 Dekabr 2005 17:26 (UTC +04:00)

Azərbaycanın ot üzərində xokkey üzrə qadın yığması gələn ilin fevralında Cənubi Afrika Respublikasında keçiriləcək beynəlxalq turnirdə iştirak etməklə bağlı dəvətə razılıq verib.

Komandanın baş məşqçisi Adil Paşayevin Trend ə verdiyi məlumata görə, onun yetirmələri İlhannesburqda meydan sahibləri, şotlandlar və irlandlarla yarışacaqlar. "Yarışda 4 kollektivin iştirakı gözlənilir. Yarış artıq beynəlxalq təqvimə düşüb və buna görə də komandanın CAR-na səfərilə bağlı məsələni həll edilğmiş saymaq olar", -deyə məşqçi bildirib.

A.Paşayev eləcə də kollektivin Malayziyadakı yarışda çıxış edəcəyinin mümkünlüyünü istisna etməyib. Lakin tərəflər arasında danışıqlar hələ davam edir. Odur ki, yığmanın Malayziyaya gedəcəyindən danışmaq hələ tezdir.

Xəbər lenti

Xəbər lenti