...

Azərbaycan meşələrində yanğınların yaranması təhlükəsi artıb

Cəmiyyət Materials 20 Dekabr 2005 18:43 (UTC +04:00)

Azərbaycan meşələrində ölkədə havaların quraqlıq keçməsi ilə əlaqədar yanğınların baş verməsi təhlükəsi artıb. Bu barədə Trend ə Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyindən məlumat verilib.

Bununla yanaşı, Nazirlik müvafiq orqanlara təhlükəli ərazilərdə minerallaşdırılmış zolaqların genişləndirilməsi barədə sərəncamlar verib. Dekabrın 17-də Lerikin Meşələrin mühafizəsi və bərpası müəssisəsinin ərazisində yanğın baş verib və operativ tədbirlər nəticəsində yanğın Talış meşələrinə cxiddi ziyan vurmadan söndürülüb.

Ekologiya Nazirliyi əhalini təhlükəsizlik tədğbirlərinə riayət etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti