...

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına işə qəbul imtahanlarının ikinci turu keçirilib

Cəmiyyət Materials 21 Dekabr 2005 12:49 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına işə qəbul imtahanlarının ikinci turu keçirilib. Dövlət Komissiyasından Trend ə verilən məlumata görə, bu turda 37 nəfər iştirak edirdi.

İmtahan zamanı abituriyentlərə fərdi tapşırıqlar verilib. Onların nəticələri TQDK-ya dekabrın 23-də təqdim olumalıdır. Ümumiyyətlə, qəbul imtahanlarında iştirak etmiş 318 nəfərin yalnız 37-si ikinci tura çıxıb. Onlar Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Ukrayna və digər ölkələrin məzunlarıdır.

Qeyd edək ki, imtahanlar "Dövlət qulluğu haqqında" Qanuna əsasən keçirilir.

Xəbər lenti

Xəbər lenti