...

Virciniya De Karne: ""AzərReyl" üzərində qələbə dörddə bir finala çıxmaq şansımızı yaxşılaşdıracaq"

Cəmiyyət Materials 21 Dekabr 2005 14:34 (UTC +04:00)

""AzərReyl" üzərində qələbə dörddə bir finala çıxmaq şansımızı yaxşılaşdıracaq". Bu barədə "Tenerife"nin forvordu Virciniya De Karne Avropa Kubokunun dekabrın 21-də Kanar adalarında keçiriləcək qrup mərhələsi oyunları ərəfəsində bəyan edib.

Trend bildirir ki, voleybolçu komandanın son görüşlərdə uğursuz oyununa baxmayaraq hələ də pley-off-a düşmək imkanı olduğunu hesab edir. "Bəli, "Tenerife" hələlik qrupda beşinci yeri tutur, amma unutmaq olmaz ki, liderlərdən cəmi dörd xal geri qalırıq. Qalan görüşlərdə uğur qazansaq məsələni həll edə bilərik" -deyə D.De Karne bildirib.

Həmçinin belçikalı hesab edir ki, "AzərReyl"ə qalib gəlmək asan olmasa belə, onun komanda yoldaşları doğma divarlar arxasında oynamaq amilindən istifadə etməlidir.

Xəbər lenti

Xəbər lenti