...

Ombudsman Aparatının əməkdaşları Əzizbəyov rayonu ərazisində istintaq təcridxanasına və müvəqqəti saxlanma yerlərinə baş çəkiblər

Cəmiyyət Materials 21 Dekabr 2005 14:36 (UTC +04:00)

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Bakı şəhərinin Əzizbəyov rayonunu ərazisində yerləşən istintaq təcridxanasına, cəzaçəkmə və müvəqqəti saxlanma yerlərinə baş çəkiblər.

Ombudsmanın nümayəndələri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin idarəçiliyi altında olan bu müəssisələrə baxış keçiriblər. Ombudsman Aparatının əməkdaşları bu müəssisələrdəki şəxslərin saxlanma və yaşayış şəraiti ilə tanış olublar, onların problemləri ilə maraqlanıblar. Həddi-buluğa çatmamış uşaqların və qadın məhbusların saxlandıqları təcridxananın ayrı-ayrı korpuslarada baxış keçirilib.

Ombudsmanın əməkdaşları həmçinin, məhbusların hüquqlarının müdafiəsi üzrə vəziyyətlə tanış olublar və onlara öz hüquqlarını izah ediblər.

Xəbər lenti

Xəbər lenti