...

Azərbaycan ombudsmanı ölkənin bütün təşkilat və müəssisələrində həmkarlar ittifaqının yaradılmasının zəruriliyini qeyd edib

Cəmiyyət Materials 21 Dekabr 2005 14:46 (UTC +04:00)

Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Suleymanova bütün təşkilat və müəssisələrdə insan haqlarının müdafiəsini təmin etmək məqsədilə həmkarlar ittifaqlarının yaradılmasının vacib olduğunu qeyd edib. Ombudsman Aparatından Trend ə verilən məlumata görə, bu barədə E.Suleymanova, "Boss-Shelf" şirkətində həmkarlar ittifaqının təsis olunması mərasimində çıxış edərkən bəyan edib.

Ombudsmanın sözlərinə görə, neftçilərin hüquqlarının qorunması məsələsi dövlətin diqqətin diqqət mərkəzindədir. E.Süleymanova həmçinin, Azərbaycanda işləyən xarici şirkətlər tərəfindən bu şirkətlərin fəhlələrinin və digər əməkdaşlarının sosial, əmək və iqtisadi hüquqlarına riayət olunmasının zəruriliyiin də qeyd edib. Ombudsman onları milli qanunvericiliyə riayət etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti