...

Mirvari Qəhrəmanlı: "İctimai Müqavimət Hərəkatı siyasiləşərsə, onda bu düşərgəni tərk edəcəm"

Cəmiyyət Materials 22 Dekabr 2005 12:49 (UTC +04:00)

"İctimai Müqavimət Hərəkatı (İMH) gələcəkdə siyasiləşərsə, onda mən bu hərəkatı tərk edəcəm". Bu barədə Trend ə adıçəkilən hərəkatda təmsil olan Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Qeyd edək ki, İMH dekabrın 21-də bir qrup siyasətçi və bir neçə qeyri-hökumət təşkilatının qadın rəhbərləri tərəfindən təsis edilib. Məqsəd ölkədə demokratiya və insan haqlarının qorunmasını təmin etməkdir.

M.Qəhrəmanlı bildirib ki, İMH-də "Azadlıq" blokundan qadınların təmsil olunmasını qəbul etmir: "Çünki, onlar təmsil olunduğu partiyaların ideyalarını hərəkatda tətbiq edəcəklər. Hərəkatda təmsil olunan şəxsin partiyalılığı olmamalıdır. Hərəkat ictimai birlik olduğuna görə bu göstəricilərlə orada fəaliyyət göstərmək olmaz".

Hüquq müdafiəçisi onu da qeyd edib ki, hərəkatda lider olmamalıdır. Liderin olması hərəkatın fəaliyyətini iflic vəziyyətinə salır.

Xəbər lenti

Xəbər lenti