...

Yelena Parxomenko: Bütün məğlubiyyətsiz qələbələr nə vaxtsa bitir

Cəmiyyət Materials 22 Dekabr 2005 15:35 (UTC +04:00)

""Tenerife" ilə məğlubiyyət bizim üçün həyəcan zəngi olmalıdır". Çempionlar Liqasının növbəti turunda ispanlara məğlubiyyətdən sonra "AzərReyl" komandasının voleybolçusu Yelena Parxomenko Trend ə belə bəyan edib.

O, komandanın ispanlara qalib gələ bilmədiyini təəssüflə bildirib. Bu qələbə ilə ispanlar Avropa çempionatının dörddə bir finalına çıxmaq şansı qazanıb. "Biz beş ardıcıl qələbədən sonra Kanar adalarına getdik, amma bu qələbəni davam etdirə bilmədik. Amma nə etməli ki, uğurlu qələbələr nə vaxtsa sona çatır" -deyə Y.Parxomenko qeyd edib. Onun sözlərinə görə, "AzərReyl" məğlubiyyəti dərhal unutmalı və qrup mərhələsinin növbəti görüşlərinə hazırlaşmalıdır. "Bizim hələ üç görüşümüz var və biz bu görüşlərdə mümkün qədər çox xal götürməliyik" -deyə voleybolçu bildirib.

Xəbər lenti

Xəbər lenti