...

Qarabağ Partizanlarının Hüquqlarını Müdafiə Komitəsi Əfv Komissiyasına növbəti dəfə müraciət qəbul edib

Cəmiyyət Materials 22 Dekabr 2005 16:42 (UTC +04:00)

Dekabrın 22-də Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi masa keçirən Qarabağ Partizanlarının Hüquqlarını Müdafiə Komitəsinin üzvləri Əfv Komissiyasına növbəti dəfə müraciət qəbul edib. Trend məlumat verir ki, Komitə üzvləri həmin müraciətlə həbsdə olan 13 nəfərin azadlığa buraxılmasını xahiş edib.

Komitənin sədri A.Nağı tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, cəmiyyətdə Qarabağ Partizanları kimi tanınan və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə tərəfindən müxtəlif müddətlərə azadlıqdan məhrum edilmiş 23 nəfərdən 9-u Apellyasiya və Ali Məhkəmələr tərəfindən azadlığa buraxılıb. Lakin 13 partizan hələ də həbsdə saxlanılır.

"Müdafiə Komitəsi və onların yaxınları bir sıra tədbirlərə əl atıb, aksiyalar keçirib, müxtəlif instansiyalara müracəitlər edib. Onların adı Avropa Şurası Parlament Assamblyasının (AŞ PA) siyasi məhbus siyahısına daxil edilsə də hələ də həbsdə saxlanılırlar. Partizanların azadlığa buraxılması məsələsi dəfələrlə Əfv Komissiyasında, Siyasi Məhbuslara Dair İşçi Qrupunda, Milli Məclisdə müzakirə olunub. Hər dəfə müsbət rəylər verilməsinə baxmayaraq bu şəxslər hələ də həbsdə saxlanılırlar" - deyə A.Nağı bildirib.

Tədbir zamanı dəyirmi masa iştirakçıları Əfv Komissiyasına təkrar müraciət qəbul ediblər.

Qeyd edək ki, müxtəlif əməllərdə təqsirli bilinən 13 nəfərdən Məmməd Məmmədov ömürlük, digər 12 nəfərsə 2,5 ildən 9 ilə qədər azadlıqdan məhrum ediliblər.

Xəbər lenti

Xəbər lenti