...

Ombudsman aparatının əməkdaşları cəzaçəkmə müəssisələrinə baxış keçiriblər

Cəmiyyət Materials 22 Dekabr 2005 17:38 (UTC +04:00)

Azərbaycan Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyinin Məhkəmə Qərarları İcrası Baş İdarəsinin 6 və 7 saylı cəzaçəkmə yerlərinə baxış keçiriblər. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Ombudsman nümayəndələri bu müəssisələrə baxış keçirərək bu idarələrdəki məhbusların saxlanma və yaşayış şəraiti ilə tanış olublar, onlarla söhbətlər apararaq problemləri ilə maraqlanıblar. Təcridxananın məhbusların saxlandığı ayrı-ayrı korpuslarına da baxış keçirilib.

Ombudsman əməkdaşları məhbusların hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə tanış olublar və onlara malik olduqları hüquqlarını izah ediblər.

Xəbər lenti

Xəbər lenti