...

Azərbaycanda "Dövlət və Din" jurnalı nəşr olunacaq

Cəmiyyət Materials 22 Dekabr 2005 17:50 (UTC +04:00)

Yeni ildən Azərbaycanda "Dövlət və Din" jurnalı nəşr olunacaq. Belə qərar Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Dini ekspertlərin Şurasının 2-ci iclasında qəbul edilib. Bu barədə Trend ə Dövlət Komitəsindən məlumat verilib.

Jurnal ayda bir dəfə dərc olunacaq, onun materialları isə rus və ingilis dillərinə tərcümə edilərək jurnalın i nternet saytında yerləşdiriləcək. Jurnalda din barədə analitik və statistik materiallar, maarifləndirici məqalələr dərc olunacaq.

Xatırladaq ki, Şura bu ilin oktyabrında təsis edilib onun fəaliyyəti əhalinin sistematik maarifləndirməsinə yönəlib. Şuranın yaradılmasında əsas məqsəd həmçinin, dinlər və tolerantlıq arasında dialoqun möhkəmləndirilməsindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti