...

Yanvarın 8-də Zakir Nəsirovla bağlı növbəti istintaq müddəti bitir

Cəmiyyət Materials 22 Dekabr 2005 18:10 (UTC +04:00)

Yanvarın 8-də Daxıli İşlər Nazirliyi Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin keçmiş rəisi, hazırda həbsdə olan Zakir Nəsirovla bağlı növbəti istintaq müddəti bitir. Bu barədə Trend ə Z.Nəsirovun vəkili Adil İsmayılov məlumat verib.

Vəkil qeyd edib ki, istintaq müddətinin uzadılıb-uzadılmaması barədə hələlik istintaq qrupu tərəfindən ona heç bir məlumat verilməyib. A.İsmayılov istintaq hərəkətlərinin öz qaydasında davam etdirildiyini bildirib.

Qeyd edək ki, bu yaxınlarda baş prokuror Zakir Qaralov jurnalistlərlə sözbətində bildirib ki, Zakir Nəsirov rəhbəri olduğu idarənin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun cinayət əməllərini bilib-gizlətməkdə və həmin cinayətlərin bəzilərində iştirak etməkdə təqsirli bilinir.

Xəbər lenti

Xəbər lenti