...

"Trend" parlament seçkiləri ilə bağlı balanslaşdırılmış və obyektiv məlumatlar yayan agentliklər sırasındadır

Cəmiyyət Materials 23 Dekabr 2005 18:10 (UTC +04:00)

Trend agentliyi parlament seçkiləri ilə bağlı balanslaşdırılmış və obyektiv məlumatlar yayan agentliklər sırasındadır. Trend məlumat verir ki, bu məlumat Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossasiyasının (AVCİYA) "Şəffaf seçki" Monitorinq Mərkəzinin hesabat kitabında əksini tapıb.

Mərkəzin həyata keçirdiyi üç agentliyin monitorinqi nəticəsində Trend in seçkiqabağı kampaniyanı obyektiv şəkildə işıqlandırdığı qənaətinə gəlib. Araşdırmanın nəticəsinə görə, Trend həmçinin öz bülletenlərində beynəlxalq rəyə də yer verməkdə liderdir.

Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində AVCİYA monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.Asossasiyanın vitse-prezidenti Vəli Əlibəyli bildirib ki, Milli Məclisə 6 noyabr 2005-ci il tarixdə keçirilən seçkiləri müşahidə etmiş AVCİYA və "Şəffaf Seçkilər" Monitorinq Mərkəzi MSK-nın elan etdiyi və Konstitusiya Məhkəməsinin təsdiqlədiyi nəticələri yüksək qiymətləndirir.

V.Əlibəyli onu da bildirib ki, son illər mətbuatın həddən artıq siyasiləşməsi seçkiqabağı dövrdə onun fəaliyyətinə neqativ təsir göstərib. Belə ki, siyasiləşmə üzündən qəzetlərin əksəriyyəti qüvvələr arasında balansı qoruyub saxlaya bilməyib. Əhalinin məlumatlandırılması və təşviqat proseslərinə obyektiv yanaşılmayıb.

Xəbər lenti

Xəbər lenti