...

Nazim Məcidov: "İdmançılar dopinq testindən keçmədikləri üçün özləri günahkardırlar"

Cəmiyyət Materials 24 Dekabr 2005 13:51 (UTC +04:00)

"Azərbaycanlı idmançılar Hüsaməddin Rəcəbov və Nicat Şıxəlizadə dopinq testindən keçmədikləri üçün özləri günahkardırlar". Bu barədə Trend ə Respublika idman-tibb mərkəzinin direktoru Nazim Məcidov idmançıların orqanizmində qadağan olunmuş preparatların izinin aşkar edilməsi barədə məlumatları şərh edərkən bildirib.

Onun fikrincə, mərkəz əməkdaşları tərəfindən yunan-Roma güləşi və dzyudo üzrə idmançılarla yarışların başlanmasına qədər aydınlaşdırma əməliyyatı keçirilib. "Onlar nə qəbul etməyin lazım olduğunu, hansı preparatların qəti şəkildə qadağan olunduğunu çox gözəl bilirlər. Odur ki, a kakie preparatı kateqoriçeski protivopokazanı, tak çto v gtom smısle reb bu mənada uşaqlar tam şəkildə məlumatlı olublar. Ola bilsin ki, onlar sadəcə olaraq tövsiyyələrə başısoyuq münasibət göstəriblər və məsələyə məsuliyyətsiz yanaşıblar və bu da belə nəticəyə gətirib çıxarıb", - deyə N.Məcidov məlumat verib.

Xatırladaq ki, dünya çempiornatından sonra H.Rəcəbov üzərində aparılan hər iki yoxlama müsbət nəticə verib. Halbuki N.Şəxalizadə Avropa birinciliyindən sonra sınaqdan keçə bilməyib.

Xəbər lenti

Xəbər lenti