...

Azərbaycan dzyudoçuları Tbilisi və Dağıstanda mükafatlar qazanıblar

Cəmiyyət Materials 26 Dekabr 2005 17:43 (UTC +04:00)

Azərbaycanın dzyudo komandası Tbilisidə başa çatan gənclər arasında keçirinəln beynəlxalq turnirdə 4 medal qazanıblar.

Trend in məlumatına görə, finala öz çəki dərəcələri üzrə Xətai Sərdarzadə (42 kq), Nadir Mustafayev (50 kq) və Sərxan Əhmədov (55 kq), Məhəmməd Xuduzadə (66 kq) isə ilk üçlüyə daxil ola bilib. Ümumi komanda hesabında komanda ikinci yeri tutub. Yarışlarda tatami sahibləri və Ermənistandan olan idmançılar çıxıb.

Bu arada gənclərdən ibarət yığmanın digər bir qrupu Dağıstanda uğurla çıxış edərək iki qızıl, gümüş və 4 bürünc mükafat qazanıblar. Birinci yerə Emil Şabanov (46 kq) və Orxan Hacıağəli (60 kq), ikinci yerə Azər Mirzə (50 kq) çıxıblar. "Bürünc" mükafatı Məhəmməd Şabanov (33 kq), Orduxan Bədəlov (33 kq), Kənan Qadıməliyev (55 kq) və Elvin Hümmətov (60 kq) əldə edib.

Xəbər lenti

Xəbər lenti