...

Ramil Səfərovla bağlı Macarıstan məhkəməsinə, həmin ölkənin KİV və QHT-nə müraciət qəbul edilib

Cəmiyyət Materials 26 Dekabr 2005 18:04 (UTC +04:00)

Azərbaycanın kütləvi infomrasiya vasitələri və QHT erməni zabiti Qurgen Markaryanı qətlə yetirməkdə təqsirləndirilən və hazırda Budapeşt həbsxanasında saxlanılan Ramil Səfərovla bağlı macarıstanlı həmkarlarına və onun işi üzrə məhkəməyə sədrlik edən hakim Baskut Androşa müraciət qəbul edib. Trend məlumat verir ki, müraciət dekabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında müzakirə olunaraq qəbul edilib.

Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, "Space" Teleradio Şirkətinin prezidenti Etibar Babayev və başqaları çıxış edib. Tədbir iştirakçıları bildiriblər ki, məlum hadisə Ermənistan ictimaiyyəti və erməni lobbisi tərəfindən beynəlxalq aləmdə Azərbaycan xalqının ekstremist və fanat mövqeyinin nəticəsi kimi qələmə verir. Belə uydurma məlumatların yayılmasında Ermənistanın kütləvi informasiya vasitələri xüsusi rol oynayır.

Azərbaycanın ictimai qurumları isə baş vermiş hadisənin kökündə dayanan əsl səbəblərdən bəhs edən müraciəti, o cümlədən Xocalı soyqırımını, Qarabağ faciəsini əks etdirən kasetləri və ingilisdilli kitabçaları Macarıstan məhkəməsinə, KİV və QHT rəhbərlərinə göndərəcək.

Tədbirdə qəbul edilmiş müraciətdə qeyd olunur ki, Ermənilərin işğal etdiyi Cəbrayıl rayonundan məcburi köçkün düşən, bir neçə qohumu gözləri qarşısında ermənilər tərəfindən qətlə yetirilən, əmlakı talan edilən və Ramil Səfərov Qurgen Markaryan tərəfindən Budapeşt Universitetində dəfələrlə təhqir olunub. Sonuncunun qətlə yetirilməsinə səbəb də bu olub.

Müraciətin hakimlə bağlı hissəsində qeyd olunur ki: "... Son söz sizindir. Prosesə rəhbərlik edən bir hakim kimi Sizdən baş vermiş insident zamanı yuxarıda sadalanan faktları nəzərə almağınızı xahiş edirik. İnanmaq istərdik ki, Ermənistanın və erməni lobbisinin Sizə qarşı yönələn hər hansı təzyiq və təsirə məhəl qoymayacaq, ədalətli qərar qəbul edəcəksiniz".

Xəbər lenti

Xəbər lenti