...

Azərbaycan və İran səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Cəmiyyət Materials 26 Dekabr 2005 18:28 (UTC +04:00)

Azərbaycan və İran səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.İranın Azərbaycandakı səfirliyində Trend ə bildirilib ki, əməkdaşlığın perspektivləri İranın Azərbaycandakı səfiri Əfşar Süleymani ilə AR səhiyyə naziri Oqtay Şirəliyevin görüşündə müzakirə edilib.

Səfir İranın Azərbaycanda tibb və səhiyyə sisteminin inkişafında ölkəyə yardım etməyə hazır olduğunu bildirib. Azərbaycanın səhiyyə naziri İran tərəfini Azərbaycanda səhiyyə sisteminin inkişafı ilə bağlı həyata keçirilən layihələrdə fəal iştiraka dəvət edib. O, yaxın vaxtlarda İranın səhiyyə naziri ilə görüşmək istəyini səfirin diqqətinə çatdırıb.

Tərəflərİranın əczaçılıq şirkətlərinin Azərbaycanda dərman preparatlarının istehsalı, böyrək köçürmə əməliyyatlarının davam etdirilməsi və s. məsələlərlə bağlı fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti