...

Nizami Paşayev ilin idmançısı elan edilib

Cəmiyyət Materials 27 Dekabr 2005 14:58 (UTC +04:00)

Ağır atletika üzrə dünya çempionu Nizami Paşayev yola saldığımız ildə Azərbaycanın ən yaxşı idmançısı hesab edilib. Bu barədə Gənclər, İdman və Turizms Nazirliyində hər il keçirilən fərqlənin atletlərin mükafatlandırılması mərasimində elan edilib.

Trend in məlumatına görə, rəmzi onluqda ikinci yeri boks üzrə dünya çempionuatının gümüş mükafatçısı Elçin Əlizadə, 3-cü yeri gimnast Dinarə Gimatova tutub. Onlardan sonra dzyudoçu Elçin İsmayılov, yunan-Roma güləşi üzrə Avropa çempionları Vitali Rəhmimov və taekvondoçu Niyaməddin Paşayev yer alıb. Yeddinci yeri sərbəst güləş üzrə qitə çempionatında gümüş mükafatçı Elman Əsgərov, 8-ci yeri şahmat üzrə Avropa çempionatının 2-ci medalçısı Teymur Rəcəbov olub. 9-cu mövqedə kikboksinq üzrə dünya çempionu Elğar Qazıbəyov, onnucu yerdə isə karate üzrə Avropa çempionu, İslam Həmrəylik Oyunlarının qalibi Ceyhun Ağasıyev tutub.

İlin komandası adına Azərbaycanın ot üzərində xokkey komandası və "Atasport" klubu, ikinci yerdə ölkənin qadın voleybol komandası "AzərReyl" hesab edilir, bu zaman üçüncü yeri basketbol üzrə kişilərdən ibarət milli komanda tutur.

Xəbər lenti

Xəbər lenti