...

Ramil Səfərov barədə hökm çıxarılandan sonra onun Azərbaycana qaytarılması ilə bağlı məsələ qaldırılacaq

Cəmiyyət Materials 27 Dekabr 2005 15:28 (UTC +04:00)

Ramil Səfərov barədə hökm çıxarılandan sonra onun Azərbaycana qaytarılması ilə bağlı Budapeşt məhkəməsi qarşısında məsələ qaldırılacaq. Bu sözləri Trend ə Ramil Səfərovun vəkili Adil İsmayılov söyləyib.

"Budapeşt məhkəməsi Ramil Səfərov barədə hökm çıxarandan sonra onun Azərbaycana verilməsi və cəzasını öz ölkəsində çəkməsi mümkündür. Bu məsələ beynəlxalq konvensiyalarda da öz əksini tapıb. 21 mart 1983-cü il tarixli Avropa Konvensiyasında göstərilib ki, konvensiyaya üzv olan dövlətlərin vətəndaşları hər hansı xarici ölkədə cinayət törətdikləri halda cəzasını çəkmək üçün vətəndaşı olduğu ölkəyə qaytarıla bilər. Həm Azərbaycan, həm də Macarıstan həmiin Konvensiyanın üzvüdür. Hökm çıxarılandan sonra bu məsələni Budapeşt məhkəməsi qarşısında qaldıracağıq. Əgər Macarıstan hökuməti beynəlxalq konvensiyalara hörmətlə yanaşsa o zaman Ramil Səfərov Azərbaycana qaytarıla bilər", - deyə vəkil bildirib.

Xəbər lenti

Xəbər lenti