...

Azərbaycan ətraf mühitə vurulan ziyanın öyrənilməsi üzrə ATƏT layihəsindən imtina edib

Cəmiyyət Materials 27 Dekabr 2005 17:38 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi ATƏT-in Ermənistanın işğal etdiüi Azərbaycan ərazilərində və qaçqınların müvəqqəti yaşadığı ərazilərdə təbii ehtiyatlardan qanunsuz istifadə zamanı ətraf mühitə dəyən ziyanla bağlı faktların araşdırılması üzrə layihəsindən imtimna edib. Trend in məlumatına görə, bu barədə dekabrın 27-də ekolrgiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov məlumat verib.

"ATƏT tərəfdən bizə təkcə işğal olunmuş ərazilərdə deyil, həm də qaçqınların yaşadıqları ərazilərdə bu cür ekoloji tədqiqatların aparılması ilə bağlı layihə təklif olunub. Biz bundan qəti şəkildə imtina etdik. Çünki bu konftekstdə işləri həyata keçirmək olmaz", - deyə o bildirib. Ekologiya Nazirliyi belə tədqiqatların beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün yalnız Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərində keçirilməsini zəruri hesab edir.

H.Bağırov bildirib ki, Nazirlik tərəfindən ölkənin işğal olunmuş ərazilərində ətraf mühitə dəyən ziyanla bağlı sənəd hazırlayır. Sənəd Sənəd erməni tərəfinin qızıl yataqlarında qanunsuz əməliyyatların aparılması barədə sübutları müvafıiq strukturların diqqətinə çatdırmaq məqsədilə hazırlanıb.

H.Bağırov Azərbaycanın Ermənistanı qiymətli metal yataqlarının qapnunsuz işlənməsi ilə əlaqədar beynəlxalq məhkəməyə verməyə hazır olduğunu bildirib.

"Bu məsələ təkcə bizim Nazirlik səviyyəsində deyil, o, həm də dövlət siyasəti ilə bağlıdır. Bu məsələ həmin yataqları işləmək hüququ olan xarici şirkətlərin marağına səbəb olur", -deyə nazir bildirib.

Hazırda Azərbaycan qızıl yataqlarının işlənməsi ilə bağlı bir müqaviləyə malikdir. 1997-ci il avqustun 21-də "Azərqızıl" Dövlət Konserni ilə (hazırda ləğv olunub və onun funksiyaları İİN-nə verilib) R.I. Investment Group Services LLS (51% - Azərbaycan tərəfi, 49% -Amerika tərəfi) arasında imzalanan həmin müqaviləyə görə ilkin ehtiyatları 400 ton qızıl, 2500 ton gümüş və 1,5 mln ton mis olan Azərbaycanın 9 qızıl yatağının işlənməsi nəzərdə tutulub. Lakin Zəngilan və Kəlbəcər rayonlarındakı bu yataqlardan 3-ü ("Qızılbulaq", "Söyüdlü", "Vejnəli") Ermənistanın işğalı altındadır.

Xəbər lenti

Xəbər lenti