...

Legionerlər "Qala"nı tərk edir

Cəmiyyət Materials 28 Dekabr 2005 13:50 (UTC +04:00)

"Challenge Trophy" turnirinin pley-off mərhələsinə çıxmayan "Qala" basketbol klubu legionerlərin xitdmətindən imtina edir.

Klubun prezidenti Fərid Məmmədovun Trend ə bildirdiyi kimi, yaxın vaxtlarda kamerunlu Cilivet Tucani və gürcüstanlı Zviyad Babiaşvili yeni iş yeri axtaracaqlar. Amerikalı Camel Bredli isə artıq "Qala"nı tərk edib. Klub Avropa kuboku kampaniyasının başa çatması ilə əlaqədar xarici oyunçuların xidmətlərindən imtina edib və kollektiv çempionatı azərbaycanlı basketbolçuların gücünə arxalanaraq başa vuracaq.

Xatırladaq ki, hazırkı milli birincilikdə heç bir məğlubiyyətə uğramayan "Qala" turnir cədvəlinə inamla başçılıq edir.

Xəbər lenti

Xəbər lenti