...

Azərbaycan taekvandoçuları bu il beynəlxalq turnirlərdə 51 mükafat qazanıb

Cəmiyyət Materials 29 Dekabr 2005 16:07 (UTC +04:00)

Azərbaycan taekvondoçuları bu il müxtəlif beynəlxalq turnirlərdə 51 medal qazanıblar.

Milli Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayevin Trend ə verdiyi məlumata görə, ölkə atletləri 24 qızıl, 11 gümüş və 16 bürünc medal qazanıblar. "Təkcə demək kifayətdir ki, Nizami Paşayev bu il 2-ci idəfə Avropa çempionu olaraq özünün yüksək titulunu qoruyub saxlaya bilib. Eyni zamanda, komanda Madriddən 3 medalla qayıdacağını planlaşdırsa da, dünya birinciliyində medalsız qalıb. İspaniyadakı oyunlara bu və ya digər dərəcədə hakimlərin qabaqcadan gəldikləri qənaət də təsir göstərdi. Lakin günahı hakimlərin üzərinə yıxmaq çox asandır", - deyə F.Musayev bildirib.

Xəbər lenti

Xəbər lenti