...

Avset Avsetov: Nizami Paşayevin ən parlaq qələbələri hələ qarşıdadır

Cəmiyyət Materials 30 Dekabr 2005 13:22 (UTC +04:00)

"Nizami Paşayev bir çox rekordlar qazanacaq və mən inanıram ki, onun ən parlaq qələbələri hələ qarşıdadır". Bu barədə Trend ə Azərbaycanın ağır atletika üzrə yığmasının baş məşqçisi Avset Avsetov dünya çempionatında yeni nailiyyətlər qazanmaq imkanını şərh edərkən bəyan edib.

Mütəxəssis hesab edir ki, Dohada keçirilən mundialda iştirakçıların göstərdiyi nəticələr kifayət qədər yüksəkdir və idmançılar bundan da artıq göstərici əldə edə bilərlər. "Hər bir çempionat öz-özlüyündə güclü olur. Buna görə də demək olmaz ki, Qatarda keçirilən dünya çempionatı ötən illərlə müqayisədə aşağı səviyyəli idi. Burada hətta artıq kiloqram həlledici rol oynayır" -deyə A.Avsetov qeyd edib.

Xatırladırıq ki, N.Paşayev Dohada keçiriloən dünya çempionatında ikinci dəfə dünya çempionatının qızıl medalını qazanıb.

Xəbər lenti

Xəbər lenti