...

Çingiz Hüseynzadə: "Azərbaycan Qış Olimpiadasından kənarda qala bilməz"

Cəmiyyət Materials 5 Yanvar 2006 14:34 (UTC +04:00)

"Azərbaycanın Turində keçiriləcək Qış olimpiya Oyunlarında çıxış etməyə hazırlaşan kiçik tərkibli yığmasının subyektiv və obyektiv səbəbləri vardır". Bu barədə Trend ə Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə bildirib.

O, qeyd edib ki, Azərbaycan qış ölkəsi deyil və ona görə də burada qış idmanı növləri inkişaf etməyib. "Amma unutmaq olmaz ki, olimpiya hərəkatının fəal iştirakçılarından biri olan respublikamız Qış Olimpiadasından kənarda qala bilməz" -deyə Ç. Hüseynzadə qeyd edib.

Eyni zamanda o, qeyd edib ki, son vaxtlaradək qış idmanı növləri Federasyiasının prezidenti və nümayəndə heyətinin rəhbəri 2005-ci ilin dünya çempionatı ərəfəsində Moskvada vəfat etmiş Hüseyn Əliyev idi. "Bütün bu məqamlar yalnız Kristin Freyzer - İqor Lukanin rəqs cütlüyünün daxil olduğu kiçik tərkibli yığmaya da öz təsirini göstərib" -deyə Ç.Hüseynzadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti