...

Teymur Rəcəbov Linaresdə keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Cəmiyyət Materials 5 Yanvar 2006 16:31 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov fevralda Linaresdə keçiriləcək ənənəvi beynəlxalq turnirdə iştirakını təsdiqləyib.

Trend in xəbər verdiyi kimi, təşkilatçılar artıq yarışın iştirakçılarını müəyyənləşdirib. Teymur Rəcəbov, Peter Leko, Veselin Topalov, Pyotr Svidler, Levon Aronyan, Etyen Bakro, Vasili İvançuk və Fransisko Valyexo yarışa qoşulacaq şahmatçılardır.

Bundan başqa artıq iki ölkədə keçiriləcək turnirin reqlamenti də dəyişib. Yarışın birinci dövrəsi Meksikada keçiriləcək. Daha sonra qrossmeysterlər final raundunda iştirak etmək üçün Linaresə yola düşəcək. Böyük mükafat fondu isə qələbəyə stimul verməlidir. Yarışın qalibinə 100 000 avro, ikinci yerin sahibinə isə 75 000 avro pul mükafatı veriləcək.

Xəbər lenti

Xəbər lenti