...

Daq Nyuqard: Azərbaycanda dini tolerantlıq təqdirəlayiqdir

Cəmiyyət Materials 5 Yanvar 2006 20:46 (UTC +04:00)

Azərbaycanda dini tolerantlıq sahəsindəki vəziyyət təqdirəlayiqdir. Dini qurumlarla iş üzrə Dövlət Komitəsində (DQİDK) Trend ə bildirilib ki, yanvarın 5-də komitənin sədri Rafiq Əliyevlə görüşündə Norveçin iradə azadlığı və dinin müdafiəsi Koalisiyasının dini azadlıqlar sahəsində vəziyətlə tanış olmaq məqsədilə Bakıya gəlmiş nümayəndə heyətinin rəhbəri Daq Nyuqard bu barədə bəyan edib.

D.Nyuqard DQİDK-in dini zorakılığa məruz qalmış insanlar üçün reabilitasiya mərkəzinin yaradılması təşəbbüsünü yüksək qiymətləndirib və qeyd edib ki, Norveçdə artıq belə qurumlar fəaliyyət göstərir.

Öz növbəsində DQİDK sədri R. Əliyev bildirib ki, Azərbaycanda icmaların cəmiyyətin daxilində sosial proseslərə fəal cəlb olunduğu bir vaxtda dövlət dini icmaların işinə müdaxilə etmir.

Onun sözlərinə görə, Azərbaycanda çoxillik ənənəyə malik dini tolerantlığın təmin edilməsi yalnız dini konsessiyaların səyi sayəsində mümkün olub. " Azərbaycanın xristian, yəhudi və müsəlman icmaları sıx əməkdaşlıq edir. Həmin sahədə dövlət siyasəti mühüm rol oynayır"-deyə R. Əliyev qeyd edib və bildirib ki, "dövlət də dini-mənəvi dəyərlərə ehtiyac duyur".

Xəbər lenti

Xəbər lenti