...

Azərbaycan yığmasının fiqurçuları fevralın 17-də mübarizəyə başlayacaq

Cəmiyyət Materials 6 Yanvar 2006 11:43 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, Azərbaycanı təmsil edən fiqurlu xizəksürmə üzrə rəqs cütlüyü Kristin Freyzer-İqor Lukanin fevralın 17-də Qış Olimpiadasında mübarizəyə qoşulacaq.

İki gündən sonra Azərbaycan idmançıları hakimlər və tamaşaçılar qarşısında orijinal rəqslə, fevralın 20-də isə sərbəst proqramla çıxış edəcəklər. Onların əsas rəqiblərinin Rusiya, ABŞ, Fransa, Kanada və digər ölkələrdən fiqurçuların olacağı hesab edilir.

Xatırladaq ki, respublika Turində keçiriləcək Qış Olimpiadasında Vyanada lisenziyalı turnirin yekunları üzrə dördilliyin əsas oyununa vakansiya əldə etmiş rəqs cütlüyü ilə təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti